Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Həmin insanlar kordular'' - Elza Seyidcahan

''Həmin insanlar kordular'' - Elza Seyidcahan

Tarix: 20 May 2020 20:30

"Bildi, bilmədi danışan insanlara qarşı özümü kor edirəm, həmin lazımsızları görmürəm. Onlar da kordular ki, lazımlı nələrisə görmürlər".

Sonxeber.net Axşam.az-a istinadfən xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Ən yaxşısı" verilişində deyib. Müğənni qalmaqal etdiyi həmkarlarından söz açıb.

Sənətçi karantin günlərini necə keçirməsindən danışıb. O bildirib ki, evdə qalanda heç darıxmayıb:

"Evdə nələr etmədim ki? İnsanın öz evində həyatı, yaradıcılığı yoxdursa, çöldə də həyatı olmazdı. Bütün günü sənətlə məşğul oldum.

Çoxları mənim arxamca danışır. Onlara cavab: zəiflər hər zaman güclülərə paxıllıq edirlər. Allah hər kəsə fərqli xüsusiyyət verib. Mən uğur məbədinin günbəzlərini qururam, kimlərsə hələ məni müzakirə edirlər".


Etiketlər:  Həmin insanlar kordular Elza Seyidcahan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ