Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2020 02:48
Bakı. Trend:
Rusiyanın paytaxtı Moskvada yeni növ koronavirusdan daha 68 nəfər ölüb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.
Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 68 xəstə dünyasını dəyişib".
Qeyd edək ki, Rusiyanın paytaxtında koronavirusdan ölənlərin ümumi sayı 1 794-ə, yoluxma hallarının sayı gün ərzində 2 699 yenisi qeydə alınmaqla 152 276-ya çatıb.