Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zığ şosesində güclü küləyin aşırdığı ağac ərazidən götürülüb

Zığ şosesində güclü küləyin aşırdığı ağac ərazidən götürülüb

Tarix: 21 May 2020 10:39

Bakı. Trend:

Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 1B ünvanında ağacın kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət araşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, araşdırma zamanı sözügedən ünvanda güclü külək nəticəsində qovaq ağacının aşdığı müəyyən edilib. Aşan qovaq ağacı Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən doğranaraq ərazidən yığışdırılıb.

Xatırladaq ki, Milli Hidrometeorologiya Xidməti mayın 17-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi barədə əvvəlcədən məlumat verib.


Etiketlər:  Zığ şosesində güclü küləyin aşırdığı ağac ərazidən götürülüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ