Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pandemiya dövründə seysmik stansiyalar vasitəsilə 1751 yeraltı təkan qeydə alınıb

Pandemiya dövründə seysmik stansiyalar vasitəsilə 1751 yeraltı təkan qeydə alınıb

Tarix: 21 May 2020 15:21

Bakı. Trend:

Pandemiya dövründə seysmik stansiyalar vasitəsilə 1751 yeraltı təkan qeydə alınıb. Azərbaycan və ona bitişik ərazilərdə 1195 zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli pandemiya dövründə mərkəzdə aparılan tədqiqat işləri haqqında açıqlamasında məlumat verib.

Baş direktorun sözlərinə görə, Azərbaycan və ona bitişik ərazilərdə maqnitudası 3 və ondan yuxarı olan 10 zəlzələ qeydə alınıb və həmin zəlzələlərin 4-ü hiss olunub: "Pandemiya dövrü ərzində Böyük Qafqazın cənub-şərq hissəsində, yəni Oğuz-Qəbələ, Şamaxı, Siyəzən, Quba ərazilərində seysmik aktivliyin artımı qeydə alınıb. Talış dağlıq zonasında, Samux ərazisində aktivlik fon səviyyəsindən yüksək olub. Xəzər akvatoriyasında seysmiklik fon səviyyəsində olub. İran-Türkiyə sərhədində baş vermiş güclü təkandan sonra afterşoklar davam edir. Seysmikliyin fon səviyyəsindən yüksək olması müşahidə edilir".

Pandemiya dövründə seysmik stansiyalar vasitəsilə 1751 yeraltı təkan qeydə alınıb - Gallery Image


Etiketlər:  Pandemiya dövründə seysmik stansiyalar vasitəsilə 1751 yeraltı təkan qeydə alınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ