Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2020 17:38
"Azərbaycanda COVİD-19-a görə heyvanlar üzərində test aparılıbmı, yoluxma halı müəyyən edilibmi?"
Sonxeber.net xəbər verir ki, bu sualları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində cavablandırıb.
O, ÜST-dən bununla bağlı hansısa bir tövsiyə almadıqlarını qeyd edib:
"Azərbaycanda heyvanlar arasında testlər aparılmayıb. Ümumiyyətlə heyvanlardan insanlara bu virusun yoluxmasında iştirakı hələ ciddi öyrənilməyib. ÜST-ün bununla bağlı ciddi araşdırmaları və yaxud üzv ölkələrə tövsiyələri mövcud deyil. Kütləvi olaraq heyvanların testlərinin aparılması kimi bir şey yoxdur".
Təhməz Təkin