Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2020 19:00
Göygöldə bıçaqlanma hadisəsi baş verib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, hadisə rayon ərazisindəki "Vətən" kafesində qeydə alınıb. Rayon sakini, 1995-ci il təvəllüdlü Yusif Rəhimov və onunla qeyri-rəsmi münasibətdə olan 1992-ci il təvəllüdlü Günel Hüseynova naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2002-ci il təvəllüdlü Aslan Verdiyev tutulub.
Faktla bağlı Göygöl Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.