Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2020 19:18
Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan könüllü qanvermə aksiyasına qoşulub.
ƏƏSMN-dən Trend-ə bildirilib ki, nazirliyin əməkdaşları Milli Hemotologiya və Transfiziologiya Mərkəzində könüllü olaraq qan veriblər. Əvvəlcə donorların sağlamlıq vəziyyəti müəyyən edilib və sonra onlardan qan götürülüb.
Aksiyada məqsəd irsi qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlara dəstək olmaqdır. Toplanan qan ehtiyatı laboratoriyada bir daha müayinə edildikdən sonra həmin xəstələrə yardım üçün istifadə olunacaq.