Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Soyuqlamışdım, adi qızdırma idi''- ATV-nin koronavirusa yoluxan əməkdaşı danışdı

''Soyuqlamışdım, adi qızdırma idi''- ATV-nin koronavirusa yoluxan əməkdaşı danışdı

Tarix: 21 May 2020 21:06

Xəbər verdiyimiz kimi, "Azad Azərbaycan" kanalının müxbiri Mahmud Rövşənoğlunun koronavirusla bağlı verdiyi ilkin testin nəticəsi müsbət çıxıb.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, virusa yoluxmuş jurnalist hazırda qaldığı karantin xəstəxanasından kanalın canlı efirinə bağlanaraq səhhəti haqda məlumat verib.

"Soyuqlamışdım, adi qızdırma idi. Həkimə müraciət etdikdən sonra test götürdülər və ilkin olaraq nəticəsi müsbət oldu. Hazırda karantinə alınmışam. Özümü yaxşı hiss edirəm. Burada davamlı olaraq istiliyimiz ölçülür. Müəyyən vasitələrdən istifadə etdim və qızdırmam da düşdü. Özümdə ağırlaşma və ya başqa simptomlar hiss etmirəm".

Qeyd edək ki, kanalın İcraçı direktoru İsmayıl Həsənov "Qafqazinfo"ya açıqlamasında əməkdaşlarından yalnız bir nəfərin karantinə alındığını və hazırda ikinci testin nəticəsini gözlədiklərini bildirib.


Etiketlər:  Soyuqlamışdım qızdırma koronavirusa yoluxan əməkdaşı danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ