Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2020 21:20
Bakı. Trend:
Türkiyədə son 24 saat ərzində daha 27 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 249 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 961 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 153 548 nəfərə çatıb.
Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 003 olmaqla 114 990 nəfər təşkil edir.
Son sutka ərzində koronavirusla bağlı 33 633 test aparılıb.