Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

MIUI 12-nin qlobal versiyası təqdim olunub: Hansı qlobal smartfonlar MIUI 12-ni əldə edəcəklər?

MIUI 12-nin qlobal versiyası təqdim olunub: Hansı qlobal smartfonlar MIUI 12-ni əldə edəcəklər?

Tarix: 21 May 2020 22:12

Xiaomi şirkəti MIUI 12 istifadəçi interfeysinin qlobal versiyasını təqdim etdi. Bununla yanaşı şirkət istifadəçi interfeysinin qlobal versiyasını əldə edəcək smartfonların adlarını da açıqladı. Qeyd etmək lazımdır ki, Çin bazarında MIUI 12-nin istifadəyə verilməsi 3 mərhələdə reallaşdırılacaq. Lakin qlobal bazarda MIUI 12 iki mərhələ çərçivəsində istifadəyə veriləcək.

Belə ki, artıq gələn ayın sonunda Mi 9, Mi 9T, Mi 9T Pro, Redmi K20 və Redmi K20 Pro smartfonlarının istifadəçiləri MIUI 12-ni əldə edə biləcəklər. İkinci mərhələnin nə zaman baş verəcəyi bilinmir. MIUI 12-nin qlobal versiyasının beta testi gələn həftə başlayacaq. Həmin beta testdə iştirak etmək üçün Mi Community tətbiqi vasitəsilə sorğu göndərmək lazımdır. Şirkət qlobal bazarda MIUI 12-ni əldə edəcək smartfonların siyahısını təqdim edib:

- Pocophone F1 / Poco F1

- Poco F2 Pro

- Poco X2

- Redmi Y2

- Redmi Y3

- Redmi S2

- Redmi 6 / Redmi 6A / Redmi 6 Pro

- Redmi 7 / Redmi 7A

- Redmi 8 / Redmi 8A / Redmi 8A Dual

- Redmi Note 5 / Redmi Note 5 Pro

- Redmi Note 6 Pro

- Redmi Note 7 / Redmi Note 7S / Redmi Note 7 Pro

- Redmi Note 8 / Redmi Note 8T / Redmi Note 8 Pro

- Redmi Note 9 / Redmi Note 9S / Redmi Note 9 Pro / Redmi Note 9 Pro Max

- Mi 8 / Mi 8 Pro / Mi 8 Lite

- Mi 9 SE / Mi 9 Lite

- Mi 10 / Mi 10 Pro / Mi 10 Lite

- Mi Note 3

- Mi Note 10 / Mi Note 10 Lite

- Mi Max 3

- Mi Mix 2 / Mi Mix 2S

- Mi Mix 3.

Milli.Az


Etiketlər:  MIUI 12 nin qlobal versiyası təqdim olunub Hansı qlobal smartfonlar MIUI 12 ni əldə edəcəklər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ