Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda 12 yaşlı uşağın parçalanmış meyiti tapıldı - YENİLƏNİB

Azərbaycanda 12 yaşlı uşağın parçalanmış meyiti tapıldı - YENİLƏNİB

Tarix: 22 May 2020 10:28

10:25

Oğuz rayonunda bir gün əvvəl itkin düşən azyaşlının meyiti tapılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə mayın 21-də baş verib. Rayon sakini, 2008-ci il təvəllüdlü Cəbrayıl Vüsal oğlu Məmmədli yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Mayın 22-də səhər saatlarında onun meyiti yaşadığı ərazinin yaxınlığındakı meşədə aşkarlanıb. Azyaşlının meyiti parçalanmış vəziyyətdə tapılıb. İlkin ehtimala görə, meyit vəhşi heyvanlar tərəfindən parçalanıb.

Hazırda uşağın meyiti üzərində zorakılıq əlamətlərinin olub-olmadığı və qətl versiyası araşdırılır. Faktla bağlı Oğuz rayon Prokurorluğunda araşdırma aparılır.

-------

09:39

Mayın 21-də Oğuz rayonunun Xaçmaz kəndində 12 yaşlı yeniyetmə itkin düşüb. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, kənd sakini, 2007-ci il təvəllüdlü Cəbrayıl Vüsal oğlu Məmmədov bostan sahəsini suvarmaq üçün ərazidən keçən çay qırağına gedib və bir daha geri qayıtmayıb. 

Hadisə ilə bağlı polisə əlumat verilib. Hazırda onun tapılması istiqamətində axtarış tədbirləri aparır. 

Milli.Az


Etiketlər:  Azərbaycanda 12 yaşlı uşağın parçalanmış meyiti tapıldı YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ