Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 May 2020 09:54
Bakı. İlhamə İsabalayeva - Trend:
REACT-C19 layihəsinin tətbiqi Azərbaycanın beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq siyasətinin bariz nümunəsidir.
Trend-in məlumatına görə, bunu Heydər Əliyev Fondunun departament direktoru Soltan Məmmədov layihənin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bir ay əvvəl Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü və tapşırığı ilə Heydər Əliyev Fondu, TƏBİB və ÜST tərəfindən koronovirusla mübarizədə REACT-C19 layihəsinin icrasına başlanıb:
"Bir aylıq icrasını qeyd etdiyimiz REACT-C19 layihəsi səhiyyə müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə paralel olaraq ön cəbhədə fədakarlıqla çalışan tibb işçilərimizin davamlı olaraq bilik və bacarıqlarının yüksəlməsi, beynəlxalq təcrübədən bəhrələnməsi və lazımi elmi-texniki dəstəyin alınması üçün çox önəmli dəstəkdir. Əminəm ki, layihənin növbəti mərhələdə icrası uğurla davam edəcək və biz layihənin davamlı müsbət nəticələrinin şahidi olacağıq".
S.Məmmədov əlavə edib ki, layihə ölkədə bütün sahələrdə davamlı həyata keçirilən islahatlar çərçivəsində prioritet yer tutan kadr potensialının gücləndirilməsi tədbirlərinin bir nümunəsidir.