Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı sakini küçədə tanımadığı şəxs tərəfindən bıçaqlandı

Bakı sakini küçədə tanımadığı şəxs tərəfindən bıçaqlandı

Tarix: 22 May 2020 10:24

Bakı. Samir Əli - Trend:

Bakıda küçədə bıçaqlanma hadisəsi baş verib.

Trend-in məlumatına görə, paytaxtın Yasamal rayonu, M.Məmmədzadə küçəsi ev 164 qarşısında şəhər sakini, 1975-ci il təvəllüdlü Vüqar Rəsulov naməlum şəxsin hücumuna məruz qalıb. Həmin şəxs onu bıçaqlayaraq hadisə yerindən qaçıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal rayon Polis İdarəsində araşdırma aparılır.


Etiketlər:  Bakı sakini küçədə tanımadığı şəxs tərəfindən bıçaqlandı


RƏYLƏR