Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Həkimlərimizi tanıyın!”: Pediatr-neonatoloq-reanimatoloq Dr.Təranə Göyüşova

“Həkimlərimizi tanıyın!”: Pediatr-neonatoloq-reanimatoloq Dr.Təranə Göyüşova

Tarix: 22 May 2020 11:03

Bakı. Trend:

“Həkimlərimizi tanıyın!” rubrikamızda sizlərə təcrübəli həkim, balaca pasiyentlərinə qarşı çox mehriban və diqqətcil olan pediatr-neonatoloq-reanimatoloq Dr.Təranə Göyüşovanı təqdim edirik.

1992-ci ildən əmək fəaliyyətinə pediatr-neonatoloq-reanimatoloq kimi başlayan və bu günə qədər fasiləsiz olaraq sevdiyi bu peşə ilə məşğul olan DR.TƏRANƏ GÖYÜŞOVA Mərkəzi Gömrük Hospitalının Neonatologiya bölümündə vaxtında və vaxtından əvvəl doğulmuş uşaqlara ilk reanimasiyon yardım və sonraki təqib, traxeya intubasiyası, mərkəzi damarların kateterizasiyası, Pediatriya bölümündə - usaqların ümumi müayinəsi, diaqnostikası və müalicəsi (ürək-qan-damar tənəffüs, mədə-bağırsaq, ifrazat, sinir sistemləri), vaksinasiyanın aparılması və s. işləri həyata keçirir.

Qeyd edək ki, Dr.Təranə Göyüşova 1991-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini fərqlənmə diplomu ilə bitirib, 1991-1992-ci illərdə Azərbaycan Respublikası Pediatriya İnstitutunda İnternatura keçmişdir.

1992-2009-cu illərdə Dövlət və özəl tibb müəssisələrində pediatr-neanatoloq-reanimatoloq vəzifəsində çalışmışdır. 2007-ci ildə Avstriyada, Graz Landeskrakenhhaus Universitet klinikasının neonatologiya şöbəsində, 2009-cu ildə Türkiyənin Hacettepe Universitetinin uşaq xəstəxanasında, həmin ildə Avstriyada, Graz Landeskrakenhhaus Universitet klinikasında, 2010-cu ildə Türkiyənin Ankara Universitetinin uşaq xəstəxanasında yenidoğulmuşların reanimasiya şöbəsində, 2018-ci ildə Avstriyada, Medical University of Graz-ın Pediatriya departamentinin yenidoğulmuşlar şöbəsində çalışmışdır.

Dr.Təranə Göyüşova öz üzərində daim çalışan, müxtəlif ölkələrdə keçirilən forumlarda, konfranslarda müntəzəm iştirak edən, biliklərini artıran və iş təcrübəsində bu bilikləri tətbiq edən təcrübəli uşaq həkimidir. O, 2003-cü ildə Avstriyada keçirilən Pediatrik kardiologiya, 2013-cü ildə Türkiyədə keçirilən Neonatoji konqresdə, 2014-cü ildə Belçikada Beynəlxalq Pediatrik Pulmonologiya konqresində, 2015-ci ildə Türkiyədə keçirilən İtalyan-Türk-İran Pediatrik konqresində, 2016-cı ildə Almaniyada Spandau LKH-də neontoloji intensiv terapiya kursunda, 2018-ci ildə Azərbaycanda keçirilən Neonatologiya üzrə Azərbaycan-Türkiyə 1-ci intensiv təlim kursunda və digər beynəlxalq tədbirlərdə iştirak etmişdir. 2014-ci ildən Səhiyyə Nazirliyinin neonatal xidmətinin təkmilləşdirilmə komissiyasının üzvüdür.

Dr. Təranə Göyüşova 2009- cu ildən Mərkəzi Gömrük Hospitalı pediatr-neanatoloq-reanimatoloq vəzifəsində çalışır. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/tarana-goyshova/#T%C9%99ran%C9%99%20G%C3%B6y%C3%BC%C5%9Fova

Dr. Təranə Göyüşovanın qəbuluna yazılmaq üçün əlaqə nömrələri: (012) 404-08-08.


Etiketlər:  Həkimlərimizi tanıyın Pediatr neonatoloq reanimatoloq DrTəranə Göyüşova


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ