Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Barselona'' Ter Ştegenlə razılığa gəldi

''Barselona'' Ter Ştegenlə razılığa gəldi

Tarix: 22 May 2020 13:36

“Barselona” qapıçısı Andre ter Ştegenlə danışıqları yekunlaşdırmaq üzrədir.

Qol.az "Sport.es"ə istinadən xəbər verir ki, tərəflər arasında ilkin razılıq əldə olunub.

Kataloniya təmsilçisi almaniyalı qolkiperə beş illik müqavilə təklif etdiyi bildirilir. Daha əvvəl "Barselona”da illik 10 milyon avro qazanan Ter Ştegen maaşının 18 milyona qaldırılmasını tələb etmişdi. Artıq klubla qapıçının bu məsələdə də ortaq məxrəcə gəldiyi bildirilib.

Qeyd edəkki, Ter Ştegenin “Barselona” ilə hazırkı müqaviləsi 2022-ci ilin iyununda başa çatır.

 


Etiketlər:  Barselona Ştegenlə razılığa gəldi


RƏYLƏR