Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bottas ''Mersedes''i tərk edir

Bottas ''Mersedes''i tərk edir

Tarix: 22 May 2020 14:10

"Mersedes"in sürücüsü Valtteri Bottas komandasını dəyişir.

Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, onun meneceri Didye Koton "Reno" ilə danışıqlara başlayıb. Artıq idmançının agenti "Reno"nun rəhbəri Siril Abitebulla görüşüb.

Finlandiyalı pilot 2017-ci ildə "Mersedes"ə transfer olunmuş, komandanın və Hamiltonun çempionluqlarında böyük rol oynamışdı. Lakin 30 yaşlı sürücünün yerini Sebastyan Fettel və Corc Rassel kimi adlardan birinin tutacağı deyilir. Belədə, Bottasın özünə komanda axtarması başadüşüləndi. 


Etiketlər:  Bottas Mersedesi tərk edir


RƏYLƏR