Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mahmud Abbas Prezident İlham Əliyevi təbrik edib

Mahmud Abbas Prezident İlham Əliyevi təbrik edib

Tarix: 22 May 2020 15:27

Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevi təbrik edib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Milli bayramınız - Respublika Günü münasibətilə Fələstin Dövləti və xalqı adından və şəxsən öz adımdan Sizə, Sizin şəxsinizdə hökumətinizə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi yetirirəm.

Allah-Təaladan Sizə, ölkənizə və xalqınıza xeyir-bərəkət, tərəqqi, dünyanın bütün xalqlarına isə koronavirus bəlasından və bütün digər bəlalardan sağ-salamat çıxmağı arzulayıram.

Xahiş edirəm, dərin hörmət və ehtiramımı qəbul edin".

Milli.Az


Etiketlər:  Mahmud Abbas Prezident İlham Əliyevi təbrik edib


RƏYLƏR