Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyalı futbolçu koronavirusa yoluxub

Rusiyalı futbolçu koronavirusa yoluxub

Tarix: 22 May 2020 15:30

"Ural"ın hücumçusu Pavel Poqrebnyakın koronavirus testinin nəticəsi pozitiv çıxıb.

Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, Poqrebnyak xəstəliyi yüngül formada keçirir. 36 yaşlı futbolçu özünü yaxşı hiss edir və həkimlərin nəzarəti altındadı. Komandanın digər oyunçularında koronavirus aşkarlanmayıb.

Poqrebnyak karyerası ərzində "Ştutqart", "Fulhem" və "Redinq" kimi klublarda çıxış edib. O, 2006-2012-ci illər aralığında 33 dəfə Rusiya millisinin formasını geyinib.

Son məlumatlara görə, Rusiyada COVID-19-a yoluxanların sayı 326 min 448-ə çatıb. Ölkədə 3 min 249 nəfər koronavirusdan dünyasını dəyişib.


Etiketlər:  Rusiyalı futbolçu koronavirusa yoluxub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ