Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 May 2020 16:04
Bakı. Trend:
Fransada bələdiyyə seçkilərinin ikinci turu iyunun 28-də keçiriləcək.
Trend-in məlumatına görə, bunu ölkənin baş naziri Eduar Filipp deyib.
O bildirib ki, bununla bağlı qərar mayın 27-də prezident Emmanuel Makrona təqdim ediləcək.
Qeyd edək ki, Fransada bələdiyyə seçkilərinin birinci turu martın 15-də keçirilmişdi. İkinci tur həmin tarixdən bir həftə sonraya nəzərdə tutulsa da, koronavirus pandemiyası ilə bağlı seçkilər təxirə salınmışdı.