Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 May 2020 18:12
Bakı. Samir Əli - Trend:
Pandemiya dövründə 10 mindən artıq vətəndaşın Azərbaycana gətirilməsi dövlət hesabına həyata keçirilib.
Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, bundan sonra ölkəyə gətirilənlər öz hesablarına gələcəklər: "Çünki bu proses sona qədər dövlət hesabına aparıla bilməz. Bu vaxta qədər dövlət vətəndaşların ölkəyə gətirilməsi üçün bütün şəraiti yaradıb".