Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Nokia” rekorda imza atıb

“Nokia” rekorda imza atıb

Tarix: 23 May 2020 08:24

Finlandiyanın "Nokia" şirkəti "5G" şəbəkələrində məlumatların ötürülmə sürətinə görə dünya rekorduna imza atıb.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki,  "Nokia" şirkəti Texas ştatında yerləşən Dallas şəhərində məlumatların ötürülmə sürətinə görə rekorda imza atıb.

Nəticədə ABŞ-ın nəhəng operatorlarının kommersiya şəbəkələrinin baza stansiyalarının avadanlıqlarında aparılmış sınaqlar zamanı 4,7 Qbit/san sürət əldə edilib. Bu, "EN-DC" ikiqat texnologiyasının bütün tarixi ərzində ən yüksək sürətdir.

Şirkətdən bildirilib ki, belə rekorda imza atılması ABŞ-ın ərazisində "5G"-nin inkişafı üçün vacib mərhələdir.


Etiketlər:  Nokia rekorda imza atıb


RƏYLƏR