Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan XİN: Ermənistanın törətdiyi növbəti qanlı əməl münaqişənin həlli üzrə aparılan danışıqları məhv etməyə xidmət edir

Azərbaycan XİN: Ermənistanın törətdiyi növbəti qanlı əməl münaqişənin həlli üzrə aparılan danışıqları məhv etməyə xidmət edir

Tarix: 10 Iyun 2019 01:48

Bakı. Trend:

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat idarəsi məlumat yayıb.

İdarədən Trend-ə verilən xəbərə görə, məlumatda deyilir:

"Bu gün Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobudcasına pozaraq törətdiyi növbəti təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə qarşıdan gələn növbəti görüşü ərəfəsində Ermənistanda müharibə tərəfdarları və onların himayədarlarının məqsədyönlü şəkildə törətdiyi növbəti qanlı əməl münaqişənin həlli üzrə aparılan danışıqları məhv etmək və bölgədə gərginliyi artırmağa xidmət edir.

Vurğulayırıq ki, bu ssenarinin həyata keçirilməsinin tam məsuliyyəti Ermənistan və bu ölkənin rəhbərliyi üzərindədir".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycan XİN Ermənistanın törətdiyi növbəti qanlı əməl münaqişənin həlli üzrə aparılan danışıqları məhv etməyə xidmət edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ