Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 May 2020 11:04
İyun-iyul aylarında tələbələr yay imtahanı sessiyasında iştirak edəcəklər. Ancaq hansısa tələbə müəyyən səbəblərdən özünü hazır hiss etmirsə, bu sessiyada iştirak etməkdən imtina edə bilər.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Təhsil naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, bu halda həmin tələbələr üçün avqustun sonunda və sentyabrın ilk 15 günü ərzində yenidən imtahan sessiyası təşkil olunacaq:
"Ali təhsil müəssisələrinin belə bir öhdəliyi var ki, onlar həmin imtahanlardan 3-4 həftə əvvəl tələbələr üçün məsləhət saatları təşkil edəcək, əsas mövzular üzrə izahatlar verəcəklər. Buna görə tələbələrdən hər hansı ödəniş alınmayacaq. Əvvəlki illərdən fərqli olaraq, bu il tələbələr imtahan sessiyasıyalarında iştirak üçün iki dəfə şans veriləcək".