Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 May 2020 11:08
Təhsil naziri Ceyhun Bayramov bəzi universitetlər tərəfindən tələbələrdən təhsil haqqının tələb edilməsinə münasibət bildirib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, C.Bayramov deyib ki, pandemiya dövründə tələbələrin məsafədən bilik əldə etməsi üçün bütün işlər ali təhsil müəssisəsinin işçiləri tərəfindən görülüb. Məktəblər tərəfindən qısa müddətdə məzmunun çatdırılması üçün elektron xidmətlər göstərilib:
"Ona görə də təhsil haqqının tələb edilməsini normal qəbul etməliyik. Bu işlərin hamısını məktəblərin professor-müəllim heyəti, orada çalışan texniki heyət təqdim edib. Bir çox hallarda onlar üçün məsafədən məzmunun təqdim edilməsi ənənəvi formada təqdim edilmədən daha çətin olur.
Çünki ənənəvi formada məzmunun təqdim edilməsi onların uzun illər ərzində öyrəşdikləri ünsiyyət formatıdır. Amma onlayn fomada məzmunun çatıdırılmasının özünün özəlllikləri, standartları var.
Bu halda məzmun yığcam təqdim edilməli, interaktivlik formatı olmalıdır. Bu işlər davamlı olaraq, görülüb. Əgər bu işlər görülməsəydi, 100 minlərlə tələbəmiz onlayn dərslərə cəlb edilə bilməzdi. Mən deyə bilmərəm ki, ali məktəblərdə çalışan insanların iş həcmi azalıb. Əksinə, bu iş onlar üçün daha mürəkkəb olub. Çünki onlar öyrəşdikləri formatdan daha fərqli formatda fəaliyyət göstərirlər".
Qeyd edək ki, pandemiya ilə əlaqədar Azərbaycanda martın 3-dən ölkənin bütün təhsil müəssisələrində təlim-tədris prosesi dayandırılıb.