Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 May 2020 11:50
“Bavariya” icarə qaydasında heyətinə cəlb etdiyi “Barselona”nın yarımmüdafiəçisi Koutinyonu 120 miyon avroya almayıb.
Qol.az xəbər verir ki, klubun direktorlar şurasının sədri Karl-Haynz Rummenige “Der Spigel”ə müsahibəsində deyib: “Onun müqaviləsində bununla bağlı maddədən istifadə etmək imkanımız olsa da, biz onu aktivləşdirmədik. Ona görə də növbəti mövsüm üçün heyəti müəyyənləşdirəndə biləcəyik ki, Koutinyo heyətdə olacaq, ya yox”.
Rummenigenin sözlərinə görə, “Bavariya” koronavirus pandemiyasının yaratdığı iqtisadi çətinlik səbəbindən transfer bazarında çox pul xərcləməyəcək.