Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 May 2020 14:45
Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edilib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Səbuhi Məmmədovun Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarını imzalayıb.
Qeyd edək ki, Səbuhi Məmmədov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini - maliyyə naziri vəzifəsində çalışıb.