Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2020 15:06
Tacikistan Respublikasının Prezidenti Prezident İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Milli bayramınız - Respublika Gününün ildönümü münasibətilə Sizə və bütün dost Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmağa çox məmnunam.
Azərbaycan Respublikası ilə əməkdaşlıq Tacikistan Respublikasının xarici siyasət kursunda mühüm yer tutur.
Biz Tacikistanla Azərbaycan arasında dostluq və çoxplanlı əməkdaşlıq münasibətlərinin səviyyəsini yüksək qiymətləndiririk. Xalqlarımız arasında tarixən yaranmış səmimi əlaqələr bu münasibətlərin etibarlı əsasıdır.
Əminəm ki, biz birgə səylərimizlə həm ikitərəfli formatda, həm də beynəlxalq və regional təşkilatlar məkanında səmərəli qarşılıqlı fəaliyyətimizin bundan sonra da dinamik inkişafını təmin edə biləcəyik.
Əziz İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə bol uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, firavanlıq və tərəqqi arzu edirəm".