Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koutinyo Premyer Liqaya qayıdır

Koutinyo Premyer Liqaya qayıdır

Tarix: 24 May 2020 18:50

Filipp Koutinyo karyerasını yenidən İngiltərədə davam etdirə bilər.

Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, "Çelsi" futbolçunun xidmətində maraqlıdır.

Mövsümü icarə əsasında "Bayern Münich"də keçirən braziliyalının komandada qalmayacağı bildirilir. Müqavilə ilə məxsus olduğu "Barselona" isə futbolçunu satmaq və ya yenidən icarəyə verməyi planlaşdırır.

27 yaşlı yarımmüdafiəçi ilə daha əvvəl "Mançester Yunayted" də maraqlanırdı. Ancaq Koutinyo üçün London klubunun daha israrlı olduğu vurğulanıb.

Qeyd edək ki, futbolçu 2018-ci ildə "Liverpul"dan "Barselona"ya keçmişdi.


Etiketlər:  Koutinyo Premyer Liqaya qayıdır


RƏYLƏR