Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2020 18:45
Məni sevmək də olar, sevməmək də. Amma mənə laqeyd qalmaq mümkün deyil.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Lətifə Soyuöz "Söhbət var" proqramında deyib. İfaçı bir çoxlarının ona nifrət etməsindən danışıb. Lətifə bildirib ki, onun geyimlərinə belə nənəsi nəzarət edir:
"Ya məni çox sevirlər, ya da nifrət edirlər. Ortası yoxdur. Deyən yoxdur ki, özü bilər.
Hər şeyimi nənəm edir. Bəzən qayıdır ki, bunu geyinmə. Deyirəm, axı heç nəyim yoxdur? Qayıdır ki, həll edərik. Düşünürəm ki, səhnə insanları harasa gedəndə diqqətli olmalıdırlar. Həm tamaşaçıya, həm verilişə hörmətdir".