Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda xəstəxanada arvadının boğazını kəsən şəxs saxlanıldı - Cinayət işi açıldı

Bakıda xəstəxanada arvadının boğazını kəsən şəxs saxlanıldı - Cinayət işi açıldı

Tarix: 10 Iyun 2019 11:21

Bakı. Samir Əli - Trend:

Bakıda xəstəxanada həyat yoldaşının boğazını kəsən şəxs saxlanılıb.

Trend-in məlumatına görə, hadisə bu gün səhər saatlarında Səhiyyə Nazirliyinin M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin həyətində baş verib. Xəstəxananın qeydiyyat şöbəsində işləyən, 1978-ci il təvəllüdlü Xavər İbrahimova həyat yoldaşı, 1980-ci il təvəllüdlü Faiq İbrahimovla xəstəxananın həyətində mübahisə edib.

Mübahisə nəticəsində F.İbrahimov üzərində gətirdiyi bıçaqla X.İbrahimovanın boğazını kəsib.

Yaralı təcili xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisəni törədən F.İbrahimov könüllü olaraq polis bölməsinə gedərək hadisəni etiraf edib. F.İbrahimov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.


Etiketlər:  Bakıda xəstəxanada arvadının boğazını kəsən şəxs saxlanıldı Cinayət işi açıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ