Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyevə Respublika Günü ilə bağlı təbriklər gəlməkdə davam edir

Prezident İlham Əliyevə Respublika Günü ilə bağlı təbriklər gəlməkdə davam edir

Tarix: 25 May 2020 22:33

İsveçrə Konfederasiyasının Prezidenti Simonetta Sommaruqadan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına İsveçrə Federal Şurası və İsveçrə xalqı adından səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Sizə və ölkənizin vətəndaşlarına xoşbəxtlik, rifah və yeni-yeni uğurlar arzulayıram.

Ölkələrimiz arasında yaxşı, etibarlı əlaqələr bizə əsas qlobal çağırışları, xüsusilə beynəlxalq əməkdaşlıq və həmrəyliyin hər zamankından daha vacib olduğu bir vaxtda, hazırkı COVID-19 pandemiyası dövründə birgə həll etməyə imkan verir.

Mən bu il yanvarın 22-də Davosda ölkələrimiz arasında güclü dostluq əlaqələrini yeniləməyə imkan verən fikir mübadiləmizi məmnuniyyətlə xatırlayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

X X X

Jüli Peyet Kanadanın General-Qubernatorundan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir:

"Zati-aliləri, cənab Prezident.

Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 102-ci ildönümü münasibətilə bütün kanadalılar adından Sizə və xalqınıza ən xoş arzularımı yetirirəm.

Bu əlamətdar gün bizə beynəlxalq əməkdaşlığımızı, təhsil mübadiləsi və ticarət sahələrində əlaqələrimizi, eləcə də qadınların səlahiyyətlərinin artırılması, demokratiya və qanunun aliliyi kimi prinsiplərə birgə sadiqliyimizi qeyd etmək imkanı verir. Fəal Azərbaycan-Kanada cəmiyyətinə əsaslanan xalqlararası əlaqələrimiz ikitərəfli əməkdaşlığımızın möhkəm təməlini təşkil edir və bizim çoxşaxəli cəmiyyətimizə və firavanlığa öz töhfəsini verməkdədir.

Bununla yanaşı, Kanada Azərbaycanın ətraf mühitin idarə olunmasının yaxşılaşdırılması və iqlim dəyişikliyinin yumşaldılması istiqamətində davamlı səylərini dəstəkləyir.

Bizim hər birimizin üzləşdiyi COVID-19 pandemiyası ilə bağlı məhdudiyyətlərə baxmayaraq, Kanada Azərbaycan xalqı ilə birgə ölkənizin müstəqilliyinin və ümidverici gələcəyinin qeyd olunmasına qoşulur".

X X X

Filippin Respublikasının Prezidenti Rodriqo Roa Dutertedən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir:

"Zati-aliləri.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Biz Azərbaycan xalqının hər birimizin paylaşdığı və əziz tutduğu müstəqillik, azadlıq və suverenlik kimi dəyərləri təntənə ilə qeyd etməsinə qoşuluruq. Qoy, bu gün Sizin həmrəy, etibarlı və firavan ölkənizin quruculuğuna dəyərli töhfə olsun.

Zati-aliləri, Sizə ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

X X X

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş Katibi Bağdad Amreyevdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir:

"Möhtərəm cənab Prezident.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Türk Şurası adından və şəxsən öz adımdan Sizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, ən xoş arzu və diləklərimi qəbul etməyinizi xahiş edirəm.

Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il mayın 28-də müstəqilliyini elan etməsi ilə Türk və İslam dünyasında ilk demokratik respublikanın qurulması Azərbaycan xalqının tarixində dönüş nöqtəsi olmaqla yanaşı, digər xalqlara da bir örnək olmuşdur.

Müstəqilliyinin bərpasından etibarən gündən-günə daha da inkişaf edən Azərbaycan Respublikası Sizin liderliyiniz və müdrik siyasətiniz sayəsində regionun ən inkişaf etmiş ölkəsi olaraq, dünya dövlətləri arasında nüfuzunu möhkəmləndirməkdədir.

Eyni zamanda, Türk Şurasına daimi dəstəyinizi və Sizin sədrliyinizlə Bakıda keçirilən yeddinci Zirvə görüşünün uğurlu nəticələrinin Türk Şurasının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına və təşkilatımızın regional müstəvidə daha da cəlbedici platformaya çevrilməsinə zəmin yaratdığını məmnuniyyətlə qeyd etmək istərdik.

Bunun bariz nümunəsi kimi, Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilat olaraq, bir daha Sizin təşəbbüsünüz və sədrliyiniz ilə COVID-19 pandemiyasına həsr edilmiş videokonfrans formatında ilk fövqəladə Zirvə görüşünü keçirmişdir. Bəşəriyyətin üzləşdiyi belə bir çətin dövrdə türkdilli dövlətlər arasında həmrəylik və birlik nümayişi beynəlxalq aləmdəki nüfuzumuzu daha da artırmışdır.

Zati-aliləri, Sizin uzaqgörən xarici siyasətiniz nəticəsində Türk Şurasının COVID-19 infeksiyası ilə mübarizədə təcrübəsinin və həmrəylinin dünya birliyi tərəfindən örnək kimi qəbul olunmasını xüsusi qeyd etmək istərdik.

Fürsətdən istifadə edərək, bu tarixi gün münasibətilə Zati-alinizə ali dövləti fəaliyyətinizdə davamlı uğurlar arzulayır, Azərbaycan xalqına rifah, firavanlıq və xoşbəxtlik diləyirəm".

X X X

Macarıstanın Prezidenti Yanoş Aderdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

İcazə verin, Sizi və Azərbaycan xalqını milli bayramınız - Respublika Günü münasibətilə təbrik edim.

Azərbaycan bizim üçün yalnız strateji tərəfdaş deyil, həm də dost ölkədir. Bizim ortaq mədəni ənənələrimiz ölkələrimiz arasındakı əlaqələri daha da sıxlaşdırır.

Əminliklə deyə bilərəm ki, biz xarici siyasətimizdə Azərbaycanla əlaqələrimizin inkişafına böyük diqqət yetiririk. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və həmçinin onun Budapeştdə yerləşən ofisi bu əlaqələrin gələcək inkişafına təkan verəcək.

Cənab Prezident, Sizə cansağlığı və ali vəzifənizdə uğurlar arzulayıram".

X X X

Malayziyanın Kralı Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni Sultan Hacı Əhməd Şah əl-Mustain Billahdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Respublika Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına öz adımdan və Kraliça adından ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırıram.

Məmnuniyyətlə qeyd edirəm ki, Malayziya ilə Azərbaycanın hər zaman yaxın və səmimi münasibətləri olub. Malayziya Azərbaycan Respublikasını Qafqaz regionunda vacib tərəfdaş kimi qəbul edir. Qarşılıqlı faydalı əməkdaşlığı və tərəfdaşlığı gücləndirmək üçün Malayziyanın Azərbaycanla sıx işləməyə hazır olduğunu bildirməkdən şərəf duyuram.

Uca Allahdan xalqlarımıza COVID-19 pandemiyasının və sonrakı çətinliklərin öhdəsindən gəlmək üçün qüvvə və dözüm verməsini diləyirik. Allah-Təala Zati-alinizin dinamik rəhbərliyi ilə Azərbaycan Respublikasına və onun xalqına sülh, firavanlıq bəxş etsin.

Fürsətdən istifadə edərək Sizə bir daha hörmət və ehtiramımı bəyan edirəm".


Etiketlər:  Prezident İlham Əliyevə Respublika Günü ilə bağlı təbriklər gəlməkdə davam edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ