Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 May 2020 06:40
Bakı. Trend:
Britaniyada qeyri-ərzaq dükanları iyun ayının 15-dən fəaliyyətlərini bərpa edə bilər.
Trend-in məlumatına görə, bu barədə ölkənin baş naziri Boris Conson brifinqdə deyib.
Qeyri-ərzaq dükanlarının açılışı 23 martda koronavirus pandemiyası səbəbindən tətbiq edilən karantin yumşaldılmasının ikinci mərhələsində nəzərdə tutulub.
Baş nazir, həmçinin 1 iyun tarixindən ibtidai məktəblərin hazırlıq, birinci və son (altıncı) siniflərindən olan uşaqların təhsilə qayıdacaqlarını təsdiqləyib.