Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda sənaye istehsalının həcmi artıb

Azərbaycanda sənaye istehsalının həcmi artıb

Tarix: 26 May 2020 10:20

2020-ci ilin yanvar-aprel aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 3,0 faiz artaraq 13,0 milyard manat təşkil edib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, sənayenin qeyri neft-qaz sektorunda istehsal əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə 16,8 faiz, neft-qaz sektorunda isə 1,6 faiz artıb.

Sənaye məhsulunun 63,1 faizi mədənçıxarma, 30,5 faizi emal, 5,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 77,8 faiz olub. Ümumi istehsalın 85,6 faizi sənaye məhsullarının istehsalı, 14,4 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.


Etiketlər:  Azərbaycanda sənaye istehsalının həcmi artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ