Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 May 2020 13:20
Şotlandiyanın "Livinqston" klubu qapıçısı Qeri Meylinin komandadakı taleyini müəyyənləşdirmək üçün fərqli üsuldan istifadə edib.
Qol.az xəbər verir ki, klub müqaviləsi bu yay başa çatacaq 37 yaşlı qolkiperin komandada qalıb-qalmaması barədə rəsmi "Tvitter" səhifəsində azarkeşlər arasında sorğuya start verib. Sorğunun nəticəsinə əsasən, şotlandiyalı qapıçının taleyi ilə bağlı qərar veriləcəyi vurğulanıb.