Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Milan'' Zlatan İbrahimoviçlə bağlı bəyanat yaydı

''Milan'' Zlatan İbrahimoviçlə bağlı bəyanat yaydı

Tarix: 26 May 2020 16:56

"Milan" hücumçusu Zlatan İbrahimoviçlə bağlı bəyanat yayıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, "rossonyerlər" isveçli forvardın zədəsi ilə bağlı yayılan iddialara aydınlıq gətirib.

A seriyası təmsilçisi mətbuatda yazıldığı kimi, veteran oyunçunun topuğunda sınıq olmadığını açıqlayıb: "İbrahimoviç dünənki məşqdə sağ ayağından zədə alıb. Amma topuq nahiyəsində heç bir zədə yoxdur. Zlatan 10 gündən sonra yenidən tibbi müayinədən keçəcək".

Qeyd edək ki, mətbuatda İbrahimoviçin topuq sümüyünün sındığı, 38 yaşlı oyunçunun bu üzdən karyerasını başa vuracağı bildirilib.

Milli.Az


Etiketlər:  Milan Zlatan İbrahimoviçlə bağlı bəyanat yaydı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ