Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 May 2020 19:48
"Marsel"in baş məşqçisi Andre Villaş-Boaş komandada qalmağa qərar verib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis "RMC Sports"a açıqlamasında klubda xoşbəxt olduğunu deyib:
"Marsel"də çox xoşbəxtəm. Çempionlar Liqasında iştirak etmək arzusundayam. Ancaq iqtisadi vəziyyətimizin nə qədər sabit olduğunu bilmək istəyirəm. Yaxşı iş üçün şərait yoxdursa, o zaman layihə buna dəyməz. Məşqçi klubda özünə inamı hiss etməlidir".
Daha əvvəl portuqaliyalı məşqçinin klubun yeni müqavilə təklifini qəbul etmədiyi haqda xəbərlər yayılmışdı. Onun hazırkı müqaviləsi 2021-ci ilin iyununa qədərdir.
Qeyd edək ki, "Marsel" koronavirusa görə başa vurulan Fransa 1-ci Liqasında 2-ci yeri tutaraq Çempionlar Liqasına vəsiqə qazanıb.