Tarix: 26 May 2020 20:12
Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavelko tezliklə mövsümün bərpa olunacağını bildirib.
Qol.az xəbər verir ki, bu barədə şəxsi Feysbuk səhifəsində yazan federasiya rəhbəri Səhiyyə Nazirliyinin mayın 30-dan çempionatın davam etdirilməsində icazə verdiyini bildirib:
“Böyük futbol Ukraynaya qayıdır! Elə indicə səhiyyə naziri Maksim Stepanovla danışdım. O, Ukrayna Premyer Liqasının və kubok oyunlarının mayın 30-dan davam etdirilməsinə razılıq verdildiyini təsdiqlədi. Çempionatın ən qısa müddətdə brəpa edilməsi üçün səy göstərən nazir, nazir müavini və baş sanitar Viktor Lyaşkoya təşəkkür edirəm. Futbol Assosiasiyasının İdarə Heyətinin üzvlərindən xahiş edirəm ki, çempionatın təqvimini təsdiqləsinlər”.
Qeyd edək ki, koronavirus pandemiyasına görə mart ayından Ukraynada da futbol dayandırılıb.