Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Koronavirusu simptomsuz necə TƏYİN ETMƏK OLAR?

Koronavirusu simptomsuz necə TƏYİN ETMƏK OLAR?

Tarix: 27 May 2020 07:12

Mayın 25-də "Rospotrebnadzor"un rəhbəri Anna Popova qeyd etmişdi ki, indi insanlar koronavirus səbəbindən "yeni normal şərtlərə" uyğun yaşamağa alışmalıdırlar

Milli.Az xəbər verir ki, Koronavirusu heç bir əlamət olmadan keçirən xəstələrdə onu yalnız və yalnız analizlər vasitəsilə təyin etmək mümkündür.

Bunu tibb elmləri doktoru, pulmonoloq Aleksandr Karabinenko "Zvezda" telekanalına müsahibəsində deyib.

O izah edib ki, insanın koronavirus infeksiyasına yoluxmasını onun orqanizmindəki müvafiq anticisimlərlə təyin etmək mümkündür. Yəni xəstəliyi simptomsuz keçirənlərə xarici görünüşünə baxıb diaqnoz qoymaq heç cür mümkün deyil, həkim deyib.

Mayın 25-də "Rospotrebnadzor"un rəhbəri Anna Popova qeyd etmişdi ki, indi insanlar koronavirus səbəbindən "yeni normal şərtlərə" uyğun yaşamağa alışmalıdırlar: "Tamamilə aydındır ki, virus getməyə hazırlaşmır. Ancaq biz artıq çox şey bacarırıq, çox şeyi öyrəndik, yəni bu müddət ərzində bu virusla yaşamağı da öyrəndik". (publika.az)

Milli.Az


Etiketlər:  Koronavirusu simptomsuz necə TƏYİN ETMƏK OLAR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ