Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 May 2020 08:56
Bakı. Trend:
Almaniyanın federal və regional hakimiyyət orqanları pandemiya səbəbindən tətbiq olunan sosial təmaslara qoyulan məhdudiyyətləri iyunun 29-dək uzatmağa razılıq versələr də, lakin onları yüngülləşdirməyi qərara alıblar.
Trend-in məlumatına görə, bu barədə Almaniya hökumətinin mətbuat xidməti Federal Kansler Aparatı və Almaniya Federal Torpaqları Rəhbərləri Aparatının rəhbərlərinin danışıqlarından sonra açıqlama verib.
Bu gündən etibarən ən çox 10 və ya 2 ailənin kütləvi şəkildə görüşməsinə icazə veriləcəkdir:
"Həmçinin təmas şəxslərinin sayını mümkün qədər azaltmaq və mümkün qədər eyni təmas dairəsinə riayət etmək tövsiyə olunur".
Sənəddə vətəndaşların şəxsi gigiyena qaydalarına və sosial məsafələrə, o cümlədən evdə görüşlər zamanı riayət etmələrinin vacibliyi qeyd olunur.