Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mövqelərimiz iriçaplı pulemyot və snayperlərlə atəşə tutuldu

Mövqelərimiz iriçaplı pulemyot və snayperlərlə atəşə tutuldu

Tarix: 27 May 2020 09:39

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.

Müdafiə Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, Ağdam rayonunun işğal altında olan Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə tutulub.


Etiketlər:  Mövqelərimiz iriçaplı pulemyot snayperlərlə atəşə tutuldu


RƏYLƏR