Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 May 2020 13:24
13:22
Bakının mərkəzində yola qoyulan restoran masası ərazidən götürülüb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.
Onun sözlərinə görə, sosial şəbəkələrdə çıxan fotolar qurumun əməkdaşları tərəfindən nazarətə götürülüb:
"Sosial şəbəkərlərdə Əziz Əliyev küçəsindəki restoranların birinin qarşısında yolun hərəkət hissəsinə masanın qoyulmasını əks etdirən fotolar nəzarətə götürülüb. Bakı Nəqliyyat Agentliyinin ərazidə xidmət aparan əməkdaşlarının müdaxiləsi ilə masa yolun hərəkət hissəsindən götürülüb".
---------
12:50
"Masalarımızdan biri sadəcə, bir gün müddətinə yol kənarına qoyulub".
Sonxeber.net bildiirr ki, bu sözləri Oxu.az-a açıqlamasında Əli Əliyev küçəsi, 19 ünvanında yerləşən "Dolce Vita" restoranının nümayəndəsi Sultan Quliyev deyib.
O bildirib ki, sosial şəbəkədə yayılan fotoda yol qırağına qoyulan masa bu gündən etibarən oradan götürülüb:
"Masalar anbardan gətirilmişdi. Söhbət ötən gündən gedir. İçəridə yer olmadığı üçün bir günlük masanı küçədə avtomobil yoluna qoyduq. Həmin gün ərzində bu masada müştəri də qəbul etmişik.
Masanın avtomobil yolunun kənarında uzun müddət bu formada saxlanılması nəzərdə tutulmayıb. Artıq həmin masa oradan götürülüb. Bununla bağlı qərar və təşəbbüs özümüzə aiddir".
Xatırladaq ki, avtomobil yolunun kənarına qoyulan masa vətəndaşların diqqətini çəkib. Bu, sosial şəbəkədə müzakirələrə səbəb olub.
12:44
Bakıda restoranlardan biri avtomobil yolunun hərəkət hissəsini qanunsuz olaraq zəbt edib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, paytaxtın Əli Əliyev küçəsi, 19 ünvanında fəaliyyət göstərən restoranın sahibi qeyri-adi addım atıb.
Restorana müraciət edən müştərilər üçün hətta avtomobil yolunda da masa qoyulub.
"Dayanma-durma qadağandır" nişanının yaxınlığında qoyulan masanın fotosu sosial şəbəkələrdə paylaşılıb. Şəbəkə istifadəçiləri bunun doğru olmadığını və hər hansı bədbəxt hadisənin baş verə biləcəyini bildiriblər.