Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 May 2020 18:40
"Nəhayət ki, adımın mənasını reallaşdırıram. Aya, günə dönmüşəm.
Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova "ATV Maqazin 10larla" proqramında deyib.
Pop-diva özünə qoyduğu qadağalardan danışıb:
"Özümə qadağalar qoyuram. Əvvəlcədən planlarım barədə bir kəlmə də ala bilməyəcəksiniz.
Əvvəllər gənc idim, təcrübəsiz idim. Layihəm haqqında açıqlamalar verirdim, həmin işlər gerçəkləşməyəndə isə jurnalistlərlə üz-üzə qalırdım.
İndi isə susacağam. Belə daha maraqlı olur. Bu işdə ən yaxşısı heç kimin gözləmədiyi halda yeni layihəmi təqdim etməkdir".