Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cənubi Koreyada daha 79 nəfər koronavirusa yoluxub

Cənubi Koreyada daha 79 nəfər koronavirusa yoluxub

Tarix: 28 May 2020 07:16

Bakı. Trend:

Cənubi Koreyada ötən sutka ərzində yeni növ koronavirusa daha 79 nəfər yoluxub.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə Koreyanın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzindən (KCDC) xəbər verilib.

Bildirilir ki, yoluxma hallarından 68-i yerli əhalidə, digərləri isə xaricdən gələn vətəndaşlarda qeydə alınıb. Koronavirusa yoluxanların ümumi sayı 11 344 nəfərə çatıb.

Qeyd edilir ki, ötən sutka ərzində koronavirusdan ölüm qeydə alınmayıb və ölənlərin sayı 269 nəfər səviyyəsində qalıb. Hazırkə dövrədək 10 340 nəfər koronavirusdan sağalıb.


Etiketlər:  Cənubi Koreyada daha nəfər koronavirusa yoluxub


RƏYLƏR