Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2020 22:40
Bakı. Trend:
Türkiyədə son 24 saat ərzində daha 30 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz "Twitter" səhifəsində bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 461 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 1 182 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 160 979 nəfərə çatıb.
Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 182 nəfər olmaqla 124 296 nəfər təşkil edir.