Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Boston marafonu 124 illik tarixində ilk dəfə keçirilməyəcək

Boston marafonu 124 illik tarixində ilk dəfə keçirilməyəcək

Tarix: 29 May 2020 03:00

Bakı. Trend:

Boston marafonunun təşkilatçıları koronavirus pandemiyası səbəbindən cari il yarışını ləğv etmək qərarına gəliblər.

Trend-in İnterfaks-a istinadən verdiyi məlumata görə, bu barədə yarışın mətbuat xidməti xəbər yayıb.

Məlumatda bildirilir ki, daha əvvəl keçirilməsi 2020-ci ilin 20 aprel tarixinə planlaşdırılan və sonradan 14 sentyabr tarixinə təxirə salınan marafon bu il keçirilməyəcək.

"Əsas prioritetimiz cəmiyyətin, eləcə də işçilərimizin, iştirakçıların, könüllülərin, tamaşaçıların və azarkeşlərin sağlamlığını qorumaqdır", - marafonunun icraçı direktoru Tom Qrilk deyib.

Qeyd olunur ki, bütün qeydiyyatdan keçənlərə ödənilən giriş haqları qaytarılacaq. Bundan əlavə, hər kəs marafonun virtual versiyasında iştirak etmək imkanı əldə edəcək. Bunu etmək üçün məsafəni müstəqil şəkildə qət etməli və müvafiq təsdiq göstərilməlidir. Virtual marafonu başa vuran bütün idmançılar rəsmi Boston marafon proqramının iştirakçı köynəyini, idmançı döş nişanını və medalını alacaqlar.

Xatırladaq ki, Boston marafonu dünyanın ən qədim və ən nüfuzlu marafonlarından biridir və ilk dəfə 1897-ci ildə keçirilib.


Etiketlər:  Boston marafonu illik tarixində dəfə keçirilməyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ