Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-ın Minnesota ştatında iğtişaşlara qarşı milli qvardiya cəlb olunub

ABŞ-ın Minnesota ştatında iğtişaşlara qarşı milli qvardiya cəlb olunub

Tarix: 29 May 2020 03:44

Bakı. Trend:

ABŞ-ın Minnesota ştatının qubernatoru Tim Uolz afroamerikalı gəncin ölümü səbəb olan və polislə toqquşmalara çevrilən kütləvi etiraz aksiyalarını yatırmaq üçün ölkənin milli mqardiyasını cəlb edib.

Trend-in məlumatına görə, bu barədə T.Uolzun saytında dərc edilən sərəncamda deyilir.

Nümayişlər bu həftə internetdə afroamerikalı Corc Floydun saxta sənədlərdən istifadə şübhəsi ilə tutulduğunu əks etdirən video yayımlandıqdan sonra başlayıb. Minnesota ştatının Minneapolis şəhərindəki polis bu gəncin əllərini qandallayaraq yerə yıxır və onlardan biri dizi ilə C.Floydun boynunu sıxır. Afroamerikalı nəfəs ala bilmədiyini qışqırmağa çalışır, lakin lentdə göründüyü kimi polislər ona məhəl qoymur. Bir qədər sonra C.Floyd şəhər xəstəxanaların birində dünyasını dəyişir.

T.Uolzun açıqlamasından göründüyü kimi, ABŞ milli qvardiyasının döyüşçüləri "təhlükəsizliyi və sakitliyi qorumağa" kömək etməlidirlər. Sənəddə deyilir ki, bu qərar vandalizm aktlarından və nümayişçilərlə polis arasındakı toqquşmalardan sonra verilib.


Etiketlər:  ABŞ Minnesota ştatında iğtişaşlara qarşı milli qvardiya cəlb olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ