Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Polter komandadan kənarlaşdırıldı

Polter komandadan kənarlaşdırıldı

Tarix: 29 May 2020 09:16

Almaniyanın "Union" futbol klubu pandemiya zamanında maaşların azaldılmasına razı olmayan hücumçu Sebastyan Polteri klubdan kənarlaşdırmağı qərara alıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə klubun rəsmi saytında xəbər yayılıb.

Qeyd olunur ki, 29 yaşlı S.Polter rəhbərliyin maaşları azaltmaq qərarını dəstəkləməyən yeganə futbolçu olub. Oyunçunun müqaviləsi yayda başa çatsada ona razılaşma müddətinə qədər komandanın məşqlərində iştirak etməsinə icazə verilib.

S.Polter 2017-ci ildən "Union" klubunda oynayır. Komanda ilə 104 oyun keçirib və 46 qol vurub. İdmançı bundan əvvəl Almaniyanın "Volfsburq", "Mains", "Nürnberq" və ingilis "KPR" klubları üçün də çıxış edib.

Milli.Az


Etiketlər:  Polter komandadan kənarlaşdırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ