Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tərtər, Ağdam, Cəbrayıl rayonunlarının bəzi kəndləri atəşə tutuldu

Tərtər, Ağdam, Cəbrayıl rayonunlarının bəzi kəndləri atəşə tutuldu

Tarix: 29 May 2020 09:45

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Tağıbəyli və Yusifcanlı, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Milli.Az


Etiketlər:  Tərtər Ağdam Cəbrayıl rayonunlarının bəzi kəndləri atəşə tutuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ