Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 May 2020 18:42
Bakı. İlhamə İsabalayeva – Trend:
Bəzi obyektlərin açılmasının səbəbi heç də epidemioloji vəziyyətin ürəkaçan olması ilə bağlı deyil.
Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, obyektlərin açılması barədə qərar verilərkən Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri və dünya ölkələrinin təcrübələri nəzərə alınır.
R.Bayramlı bildirib ki, maskalara tələbat artacaq. Ölkədə istehsal edilən və satılan maska sayı kifayət qədərdir: “Amma maskaya tələbat artarsa, onun evdə hazırlanması ilə bağlı təlimat var. Bu qaydaları öyrənərək evdə maska hazırlana bilər və bunun üçün bəhanələr gətirilməməlidir”.