Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

TƏBİB: Çarpayı fondu ilə bağlı imkanlarımız var

TƏBİB: Çarpayı fondu ilə bağlı imkanlarımız var

Tarix: 29 May 2020 19:18

Bakı. İlhamə İsabalayeva – Trend:

Çarpayı fondunun doluluq nisbətinə baxılsa, hələ çarpayı fondu ilə bağlı imkanlarımız var. Amma səhiyyə mütəxəssisələrinin tibb müəssisələrinə arasında paylaşdırılması bizim üçün yükdür.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, koronaviruslu xəstələrin müalicəsi üçün müəyyən edilən xüsusi xəstəxanalarda 5000-dən artıq çaprayı ayrılıb: “İki minə yaxın çarpayı fondu modul tipli xəstəxanalarda olacaq. Bununla da, ümumilikdə 7 mindən çox çarpayı fondu olacaq”.


Etiketlər:  TƏBİB Çarpayı fondu ilə bağlı imkanlarımız


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ